Tokio-2020: Pərviz Nəsibov finala çıxdı
22 yaşlı güləşçi 1/8 finalda Fredrik Byerrehuusu (Danimarka), 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Nəsibovun finaldakı rəqibi İran idmançısı Məhəmməd Reza Qerayi olacaq. Görüş sabah keçiriləcək.