Ukraynanın "Aleksandriya" klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Türkmənistanın "Altın Asır" klubu ilə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb. "Aleksandriya" rəqib qapısından 5 cavabsız top keçirib.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest