Tula təmsilçisi bu şəhərdə yerli "Krılya Sovetov"la qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma "Neftçi"nin rəqibinin çətin qələbəsiylə başa çatıb.

Bu gün Rusiya Premyer Liqasında II tura start verilib. Matc.az xəbər verir ki, "Neftçi" klubunun Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan "Arsenal" Samaraya səfər edib. Tula təmsilçisi bu şəhərdə yerli "Krılya Sovetov"la qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma "Neftçi"nin rəqibinin çətin qələbəsiylə başa çatıb.


Millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su meydana sabah çıxacaq. Paytaxt təmsilçisi öz meydanında Kazanın "Rubin" klubunu qəbul edəcək.

Rusiya Premyer Liqası
II tur

"Krılya Sovetov" - "Arsenal" - 2:3
Qollar: Sobolev, 43; Burlak, 56 - Tkaçev, 22; Kanqva, 24; Tudorie, 52

"Krılya Sovetov": Rıjikov, Anyukov (Terexov, 75), D.Kombarov, Burlak, Karpov, Kabutov, Zinkovskiy (Kanunnikov, 46), Miyayloviç, Anton (Radoniç, 54), Qınsar, Sobolev.

"Arsenal": Levaşov, K.Kombarov, Qriqalava, Belyaev (Denisov, 90+1), Alvares, Qorbatenko, Tkaçev, Lesovoy, çauşiç, Kanqva (Kostadinov, 71), Tudorie (Lutsenko, 63).

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest