"Avropada çox yaxşı oynayırıq". Matc.az xəbər verir ki, bunu İrlandiyanın "Dandolk" klubunun müdafiəçisi Deyn Massey deyib.

Dublin təmsilçisi çempionlar Liqasının I təsnifat mərhələsində Latviyanın "Riqa" klubunu mübarizədən kənarlaşdırıb. Bu görüş haqda danışan Deyn bildirib ki, komandası cütün favoriti idi: "Biz güclü olduğumuzu bilirdik, amma ehtiyatlı idik. Rəqibin bir neçə şansını məhdudlaşdırdıq və bundan xoşbəxtik. Artıq növbəti mərhələ haqda düşünürük".

Növbəti mərhələdə "Dandolk"un rəqibi "Qarabağ"dı. Futbolçu Azərbaycan çempionu ilə qarşılaşmalarda da uğur qazanacaqlarına inanır: "Qarabağ" təcrübəli komandadı. Onlar "Partizani"ni  mübarizədən kənarlaşdırıblar. Buna baxmayaraq, biz qrup mərhələsinə hazırlaşırıq. "Dandolk" düşərgəsində ab-hava yüksəkdi. Gələn həftə "Qarabağ"a qarşı çox böyük bir mübarizəmiz olacaq. Avropada hər oyun çətindi. "Qarabağ"ın böyük futbolçuları və avrokubok təcrübəsi var, amma rəqib kim olursa olsun, biz məqsədimizi bilirik".

Futbolçu bildirib ki, komandası öz meydanında yaxşı təsir bağışlayır və bundan maksimum yararlanmağa çalışacaqlar: "Biz evdə yaxşı mübarizə aparırıq. Düzgün hazırlaşıb, sərfəli nəticə qazanmağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest