Komanda iyulun 21-də Rumıniyanın "Petrolul Ploieşti", 24-də Türkmənistanın "Ahal", 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi", avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor"la qarşılaşacaq.

Növbəti mövsümə hazırlığı Ankaranın Kızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komanda iyulun 21-də Rumıniyanın "Petrolul Ploieşti", 24-də Türkmənistanın "Ahal", 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi", avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor"la qarşılaşacaq.
 
Qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları barədə məlumatlar dəqiqləşdikdən sonra açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest