Futzal üzrə UEFA çempionlar Liqasında iştirak edəcək "Araz" növbəti transferini reallaşdırıb. Matc.az xəbər verir ki, ölkə çempionu cənubi azərbaycanlı Hadi Əhmədi ilə anlaşıb. 
 
Son mövsümü Məşəd şəhərini təmsil edən "Farsh ara" klubunda keçirən 25 yaşlı futzalçı bürünc medal qazanıb. Onunla anlaşma 1 il nəzərdə tutulub. 
 
Qeyd edək ki, bu, "Araz"ın mövsümlərarası fasilədə sayca ikinci əcnəbi transferidi. Komanda buna qədər ötən mövsümü "Neftçi"də keçirmiş Vahid Şəfaye ilə müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest