Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Krasnodar"la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi ilk turda olduğu kimi, bu oyundan da məğlubiyyətlə ayrılıb. özü də eyni hesabla – 2:3.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqay isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest