Almaniyanın "Ersgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov "Herta"ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının da üzvü olan futbolçu, Bundesliqa təmsilçisinə 4:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
 
"Müəyyən fasilədən sonra yenə özümü rahat hiss etdiyim mövqedə oynayıram. Hamı bilir ki, qolların əksəriyyətini sevimli mövqeyimdə çıxış edəndə vururam. Məhz yarımmüdafiənin mərkəzində oynayanda oyunu öz üzərimə götürə bilirəm. Bu görüşdə də oyunum uğurlu alındı. ümid edirəm ki, yenidən özümü xatırlada bildim. "Herta" ilə matçda yaxşı oynadım. Hamı gördü ki, əsas heyətdə oynamağa layiqəm. Komanda yoldaşlarıma görə buradayam və onlara kömək etməyə hazıram. Gəlin, sadəcə gözləyək və hadisələrin necə inkişaf edəcəyini görək. Enerji ilə doluyam və start heyətdə meydana çıxıb-çıxmamağım baş məşqçidən asılıdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest