"Fənərbaxça"nın baş məşqçisi Filip Koku istefaya göndərilib. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bərbad mövsüm keçirən "sarı-lacivərdlilər"in X turda öz meydanında "Ankaragücü"yə 1:3 hesablı məğlubiyyəti rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə qarşılaşmadan sonra hollandiyalı postundan uzaqlaşdırılıb.

Qeyd edək ki, Filip Koku "Fənərbaxça"nın "sükanı arxası"na cari mövsümün əvvəlində keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest