Cənubi Azərbaycanın "Traktor" klubu növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Təbriz təmsilçisi Ərzurumda Türkiyə Super Liqasının iştirakçısı "Rizəspor"la üz-üzə gəlib.
 
Qarşılaşmanın taleyini 1 qol həll edib. Türkiyəli mütəxəssis, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin çalışdırdığı "Traktor" 9-cu dəqiqədə vurduğu yeganə qolla meydanı qalib tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest