"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba baş məşqçi Joze Mourinyo ilə bağlı sualı cavabsız qoyub. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu buna icazəsinin olmadığını söyləyib.

25 yaşlı orta sahə oyunçusu danışacağı təqdirdə, cərimələnəcəyini bildirib: "Bu barədə danışa bilmərəm, buna icazəm yoxdu. Danışmaq istəyirəm, amma bunu edə bilmərəm. Klub tərəfindən qadağa qoyulub".

Qeyd edək ki, Poqba ilə Mourinyo arasında münasibətlər qaydasında olmadığından, futbolçu klubunu dəyişmək barədə düşünür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest