Qış fasiləsində heyətini gücləndirməyi planlaşdıran "Beşiktaş", xüsusən də, hücum xəttinə oyunçu almaqda qərarlıdı. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Alvaro Neqredonun gedişindən sonra qol yollarında problem yaşayan "ağ-qaralar" "Liverpul"un üzvü Divok Oriqiyə "elçi düşüb".

İstanbul nəhəngi bununla bağlı yanvarda ingilislərə maraqlı təklif göndərəcək. Belə ki, "qara qartal" yayda "qırmızılar"dan icarəyə götürdüyü qapıçı Loris Kariusu transfer etmək hüququndan vaz keçməyə hazırdı. Əvəzində türklər eyni şərtlərlə (icarə+birdəfəlik transfer) Oriqini almaq niyyətindədilər.

"Liverpul"da əsas heyət üzünə həsrət qalan 23 yaşlı forvardla bağlı yekun qərarı isə rəhbərlik verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest