"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata komandasını dəyişməyə hazırlaşır. Matç.az saytı xəbər verir ki, ulduz futbolçu karyerasını yenə İngiltərədə davam etdirəcək.

İspaniya millisinin üzvü ən geci yayda "mankunianlar"dan ayrılacaq. Onun müqavilə müddəti cari mövsümün sonuna qədər olduğundan, "qırmızı şeytanlar" sərfəli qiymətə qış fasiləsində futbolçusunu satmağı planlaşdırır. 30 yaşlı orta sahə oyunçusunun "Arsenal"a transferi gözlənilir. "Topçular" keçidin reallaşması üçün qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, Xuan Mata "Mançester Yunayted"ə 2014-cü ildə "çelsi"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest