Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Kazanın "Rubin" klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı fasilədə əvəzlənib.
 
"Dinamo" 2 turdan sonra cəmi 1 xal toplayıb və 16 kollektiv arasında 12-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest