"Lion"un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İspaniyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Betis"lə anlaşıb.

Həmçinin klublar arasında danışıqlar da müsbət nəticələnib. Anlaşmaya görə, "Betis" bu keçid üçün 25 milyon avro xərc çəkəcək. Fransa millisinin üzvü isə yeni komandası ilə 5 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Nabil Fekir "Sevilya", "Valensiya", "Barselona" və "Milan"ın da diqqət mərkəzində idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest