İngiltərənin "Fulhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub İngiltərənin digər təmsilçisi "Brayton"un yarımmüdafiəçisi Antoni Nokarı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. London klubu 27 yaşlı fransalı futbolçunu 1 illik icarəyə götürüb. Mövsümün sonunda "Fulhem"in Nokarın transfer hüquqlarına yiyələnmək imkanı da olacaq.
 
Fransalı futbolçu 2016-cı ildən "Brayton"un uğurları üçün çalışır. O, daha öncə "Genqam", "Lester Siti", "Standard" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest