PSJ-nin hücumçusu Neymarın karyerasını hansı klubda davam etdirəcəyi hələ də məlum deyil. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real" yenidən braziliyalı superulduz uğrunda mübarizəyə qoşulub.

"Kral klubu" bununla bağlı qarşı tərəfə ilk təklifini göndərib. Belə ki, ispanlar Neymarın transferi müqabilində fransızlara 90 milyon avro və hücumçu Qaret Beyli təklif edib. Ancaq Paris təmsilçisi oyunçusunu yalnız pul qarşılığında buraxmaq niyyətindədi.

Qeyd edək ki, Neymar "Barselona" və "Yuventus"un da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest