"Portu"dan ayrılan Yasin Brahiminin yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Əl Rayyan" klubuna transfer olunub. 
 
Bu barədə Qətər təmsilçisinin rəsmi saytı məlumat yayıb. Brahiminin tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacağı bildirilir.
 
2014-cü ildən "Portu"da çıxış edən Brahiminin adı bir neçə İngiltərə klubu ilə hallanırdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest