Topaz Premyer Liqasında mövsümün 3-cü avtoqolu qreydə alınıb. Matç.az saytı xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abbas Hüseynov "Neftçi" ilə görüşdə öz qapısına qol vurub.

Bunadək yalnız bir oyunçu – Adil Nağıeuv qapıları səhv salmışdı. "Zirə"nin müdafiəçisi iki dəfə belə səhvə yol verib. O, "Sumqayıt" və "Keşlə"ni sevindirib.

Tarixə baxsaq, ölkə çempionatlarında ümumilikdə 178 avtoqol qeydə alınıb. Abbas "Qarabağ"ın tarixində 16-cı belə uğursuzluğun səbəbkarı olub. Yalnız iki komanda – "Şüvəlan" (18) və "Neftçi" (17) daha çox belə halla üzləşib.

"Ağ-qaralar" 18-ci dəfə rəqib qoluna sevinib. Bu göstəricidə "Qarabağ" liderdi – 20 dəfə.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest