İngiltərənin "Piterboro Yunayted" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin bu yay transfer olunduğu sözügedən klub digər İngiltərə təmsilçisi "Bedford Taun"la qarşılaşıb.
 
İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) çıxış edən "Piterboro Yunayted" bu oyundan qələbəylə ayrılıb – 3:0.
 
Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Komandasının qollarından ikisinə də millimizin üzvü imza atıb. Taşdemir 20-ci dəqiqədə hesabı açıbsa, 45-də matçın yekun nəticəsini müəyyənləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest