İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçu Joelintonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyanın "Hoffenhaym" klubundan alınan 22 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.
 
"Nyukasl" rəsmi saytı vasitəsilə Joelinton üçün ödənilən təzminatın məbləğinin klub üçün rekord olduğunu bəyan etsə də, məbləği açıqlamayıb. İngiltərə mətbuatı isə bu transferin 40 milyon funt-sterlinqə başa gəldiyini iddia edir.
 
Peşəkar karyerasına "Sport Resife"də başlayan braziliyalı futbolçu,  Vyana "Rapid"ində də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest