Serbiyalı mütəxəssis Mladen Milinkoviçi istefaya göndərən "Keşlə"ni növbəti oyuna çıxaracaq məşqçi bəlli olub. Matç.az saytı xəbər verir ki, paytaxt təmsilçisi oktyabrın 31-də keçiriləcək "Qarabağ"la görüşədək yeni baş məşqçi gətirməyi çatdırmayacaq.

Bu üzdən iki gün sonrakı görüşə komandanı Milinkoviçin köməkçiləri hazırlayacaq. Söhbət Zaur İsmayılov, Bəxtiyar Musayev, Aleksandar Karakliç və Camaləddin Əliyevdən gedir.

Yeni çalışdırıcı gələnədək baş məşqçi əvəzi funksiyasını İsmayılov həyata keçirəcək. Avropa Liqası zamanı da bu vəzifəni icra edən məşqçi komandasını VII turdan təxirə salınan görüşə çıxaracaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest