Mövsümlərarası beynəlxalq turnirə qatılan "Real" bu gün səhər saatlarında "Arsenal"ı penaltilər seriyası ilə məğlub etsə də, ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Marko Asensio uzun müddətə sıradan çıxıb.

Fasilədən sonra meydana daxil olan və komandasının 2-ci qoluna imza atan olan 23 yaşlı hücumameyilli futbolçu 65-ci dəqiqədə zədələnərək, meydanı xərəkdə tərk edib. Dərhal xəstəxanaya aparılan İspaniya millisinin üzvünün MRT nəticəsi ürəkaçan olmayıb.

Sol diz ön çarpaz bağları qopduğu aşkarlanan oyunçunun təxminən 8-9 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest