"Everton"un yarımmüdafiəçisi İdrissa Qeye Fransaya qayıtmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Seneqal millisinin üzvü PSJ-yə keçmək üzrədi.

30 yaşlı dayaq yarımmüdafiəçisinin razılığını alan parislilər onun klubu ilə də ortaq məxrəcə gəlməyə çox yaxındı. Belə ki, Premyer Liqa təmsilçisi fransızların 32 milyon avroluq təklifinə müsbət cavab verib. Bu üzdən transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Everton"un heyətində 40 matçda iştirak edən İdrissa Qeye 2008-2015-ci illərdə Fransada "Lill"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest