"Keşlə"nin istefaya göndərdiyi baş məşqçisi Mladen Milinkoviç postunda cəmi 96 gün duruş gətirib. Matç.az saytı xəbər verir ki, iyulun 25-də rəsmən baş məşqçi kimi təqdim olunan serbiyalı oktyabrın 29-da klubdan ayrılıb.

Avropa Liqasının I təsnifat mərhələsindəki uğursuzluqdan sonra bu vəzifəyə gətirilən Milinkoviç yalnız Topaz Premyer Liqası oyunlarında "Keşlə"yə rəhbərlik edib.

Onun rəsmi debütü avqustun 12-də "Sabah"la ev oyununda gerçəkləşib. "ASK Arena"dakı "siftə" uğursuz alınıb – 0:1. "Sabah"ın qarşıladığı mütəxəssis dünən "Səbail"ə eyni arenadakı 1:2 hesablı məğlubiyyətlə işini yekunlaşdırıb.

Bu müddətdə 8 oyuna çıxan "Keşlə" 1 qələbə qazanıb, 2 heç-heçə edib və 5 dəfə uduzub. Bakılılar rəqib qapısına 7 qol vurub, 12-ni buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest