İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı yarımmüdafiəçi Xoni Rodriqesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
 
"Malaqa"dan transfer olunan 28 yaşlı futbolçu, 2016-cı ildən bu klubun şərəfini qoruyurdu. Amma o, bu müddətdə Xixon "Sportinq"i ilə "Alaves"də icarədə də olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest