İtaliyanın "Kalyari" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub A Seriyasının digər iştirakçısı "Napoli"nin yarımmüdafiəçisi Marko Roqu heyətinə qatıb.
 
24 yaşlı xorvatiyalı futbolçu 1 illik icarəyə götürülüb. Amma "Kalyari" mövsümün sonunda Xorvatiya millisinin üzvünü birdəfəlik transfer etmək hüququna da malik olacaq.
 
Roq geridə qalan mövsümü İspaniyanın "Sevilya" klubunda icarədə keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest