Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" daha bir yoxlama görüşündə qüvvəsini sınayıb. "Kimyaçılar" bu gün növbəti dəfə meydana çıxıb. Dünən Türkmənistan təmsilçisi "Ahal"la qarşılaşan "gənclik şəhəri" təmsilçisi bu dəfə "Diyarbakırspor"la üz-üzə gəlib.

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" daha bir yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, "kimyaçılar" bu gün növbəti dəfə meydana çıxıb.

Dünən Türkmənistan təmsilçisi "Ahal"la qarşılaşan "gənclik şəhəri" təmsilçisi bu dəfə "Diyarbakırspor"la üz-üzə gəlib. "çam" otelinin stadionunda baş tutan qarşılaşmada Türkiyə klubu 18-ci dəqiqədə vurduğu yeganə qolla qələbə qazanıb.

Bu, "Sumqayıt"ın Türkiyə toplanışı çərçivəsində 3-cü sınaq matçı olub. İlk görüşdə "Petrolul"la (Rumıniya) heç-heçə edən (2:2) Ayxan Abbasovun yetirmələri dünənki qarşılaşmada "Ahal"a 1:0 hesabı ilə qalib gəlib.

 

Yoxlama görüşü

25 iyul

"Sumqayıt" - "Diyarbakırspor" (Türkiyə) - 0:1

Kızılcahamam. "çam" otelinin stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest