Növbəti mövsümün hazırlıqlarına Bakıda başlayan "Keşlə" Türkiyəyə yollanacaq. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək.

Qəsəbədə yerləşən "The Sign Esentepe Hotel & Ski Center" otelində məskunlaşacaq "Keşlə" toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Belə ki, iyulun 31-də komanda Türkiyənin I liqa təmsilçisi "Osmanlıspor"la qarşılaşacaq. Oyun "Bolu Koru Hotels Spa & Convention" otelinin stadionunda baş tutacaq.

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblərin kimliyi hələlik məlum deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest