Yay fasiləsində "Renn"dən ayrılan Hatem Ben Arfa karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "Fənərbaxça" ilə anlaşıb.

Hazırda azad agent statusu daşıyan Fransa millisinin üzvü İstanbul nəhənginin 2+1 illik müqavilə təklifini müsbət cavablandırıb. "Sarı-lacivərdlilər" onu heyətə qatmaq üçün ilk növbədə sloveniyalı yarımmüdafiəçisi Mixa Zayçı satmağa çalışır.

Qeyd edək ki, Hatem Ben Arfa "Renn"ə ötən il PSJ-dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest