Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubunun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu legioner həyatı yaşayacaq.

Bu barədə oyunçu özü feysbuk səhifəsi vasitəsilə paylaşım edib. O, Moldovanın yüksək liqa təmsilçisi "Dinamo-Avto" ilə anlaşıb. Ancaq müqavilənin detalları hələlik məlum deyil.

Qeyd edək ki, "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" kimi komandalarda çıxış etmiş Nurlan Novruzovun son klubu Türkiyənin "Dersim 62 Spor"u olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest