Ukraynanın "Aleksandriya" klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi "Dnepr-1" ilə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest