"İlk yoxlama oyunumuzu keçirdik. Uşaqların fiziki hazırlığının hansı vəziyyətdə olduğunu görmək istəyirdik". Matc.az saytı xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.

Rumıniya klubu "Konkordiya" ilə dünən yoxlama görüşündə üz-üzə gələn bakılılar 1:2 hesabı ilə məğlub olub.

Klubun mətbuat xidmətinə açıqlamasında oyunu dəyərləndirən Əhmədov narazılığını dilə gətirib: "Meydançanın yaxşı vəziyyətdə olmaması oyunumuza təsir etdi. Topla daha çox oynamaq istəyirdik, lakin qazonun vəziyyəti buna imkan vermədi. Rəqib də çox istəkli idi. Toplanışda son oyunlarını keçirirdilər. Matçda bütün futbolçulara şans verdik. Ayrı-ayrı epizodlarda razı qaldığım məqamlar olsa da, ümumilikdə oyunumuzdan razı qalmadım. Gələn oyuna kimi çatışmayan cəhətlərimizin üzərində çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest