"Udineze"nin qapıçısı Simone Skuffetin "Qarabağ"a keçidi baş tutmayıb. Klublar arasında danışıqlar uğursuz nəticələnib. Məsələ burasındadı ki, Azərbaycan çempionu 23 yaşlı qolkiperi icarəyə götürməyə çalışıb.

"Udineze"nin qapıçısı Simone Skuffetin "Qarabağ"a keçidi baş tutmayıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

Bildirilir ki, klublar arasında danışıqlar uğursuz nəticələnib. Məsələ burasındadı ki, Azərbaycan çempionu 23 yaşlı qolkiperi icarəyə götürməyə çalışıb. Ağdamlılar sonradan birdəfəlik transfer etmək şərti ilə qarşı tərəfə 500 min avro təklif edib. Lakin Udine klubu bununla razılaşmayıb.

Qeyd edək ki, 2013-cü ildən "Udineze"yə məxsus olan Simone Skuffet ötən mövsümü icarə əsasında "Kasımpaşa"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest