Klublararası dünya çempionatının tarixi müəyyənləşib. Matc.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, Qətərdə baş tutacaq yarış dekabrın 11-də start götürəcək.

Dekabrın 21-də yekun vurulacaq turnirə 7 klub qatılacaq. Bunlar ev sahibi və 6 qitənin ən güclüləri olacaq. "Liverpul" (İngiltərə), "Monterrey" (Meksika), "Esperans" (Tunis), "Əl-Sədd" (Qətər) və "Yeqen Sport"un (Yeni Kaledoniya) turnirdə mübarizə aparacağı artıq dəqiqdi. Onlara Cənubi Amerikada Libertadores kubokunun və Asiya çempionlar Liqasının qalibi də qatılacaq.

Qeyd edək ki, klublararası dünya çempionatında hər il 7 komanda iştirak edir. 2021-ci ildən etibarən yeni formata əsasən, 24 klub mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest