"Verona" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni mövsümdən A seriyasında mübarizə aparacaq klub müdafiəçi Salvatore Bokkettini transfer edib. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Vaxtilə İtaliya yığmasında da oynamış təcrübəli futbolçu 2013-cü ildən Moskva "Spartak"ında çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest