"Lill"in hücumçusu Nikolya Pepe yaxın günlərdə komandasını dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yeganə problem 24 yaşlı forvardın karyerasını harda davam etdirməsidi.

çünki Fil Dişi Sahili millisinin üzvü 4 klubdan təklif alıb. Belə ki, "İnter", "Napoli", "Liverpul" və "Arsenal" onun üçün fransızların qapısını döyüb. Maraqlıdı ki, adıçəkilən komandaların hamısı "Lill" rəhbərliyinin tələb etdiyi 80 milyon avroluq məbləği ödəməyə hazırdı.

Qeyd edək ki, Nikolya Pepenin "Lill" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest