İspaniya La Liqasında 2019-20 mövsümü ilə bağlı yeni qərar qəbul olunub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İspaniya Futbol Federasiyası çempionat oyunlarının cümə və bazar ertəsi günlərində keçirilməsini qadağan edib.

Beləliklə, yeni mövsümdən həftənin bu günlərində oyun olmayacaq. Qarşılaşmalar yalnız şənbə və bazar günləri keçiriləcək.

Bu, təqvimdə müəyyən dəyişikliklərə də səbəb olub. Belə ki, "Atletik"lə "Barselona" arasında avqustun 16-na təyin edilən açılış matçı 17-nə keçirilib. Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest