"Turan Tovuz" 1-ci divizionda 2019/20 mövsümünün hazırlığına start verib. Matc.az xəbər verir ki, Tovuz təmsilçisi yeni mövsümə doğma stardionda hazırlaşır.
 
Yeri gəlmişkən, komanda yeni mövsümə yeni baş məşqçinin rəhbərliyi altında hazırlığa başlayıb. Belə ki, klub rəhbərliyi son mövsümdə MOİK-i çalışdıran, bu komandanı çempion etsə də, büdcə ilə bağlı dəyişiklikdən sonra "hərbçilər"lə yollarını ayıran Azər Bağırovla ilkin razılıq əldə edib.
 
Bu üzdən də "Turan Tovuz" Bağırovun rəhbərliyi altında gündə 1 dəfə olmaqla məşqlərini davam etdirəcək. 
 
Hazırlıq planı və transferlər haqqında qısa müddət ərzində məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest