İspaniyanın "Real" klubu növbəti ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Ferlan Mendi zədələnib.
 
İspaniya mətbuatının yazdığına görə, 24 yaşlı oyunçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Mendi yay transfer pəncərəsi dövründə 48 milyon avro qarşılığında Lion "Olimpik"indən "Real"a keçib.
 
"Real"da bir müddət əvvəl Marko Asensio da zədələnmişdi. Növbəti həftə əməliyyat olunacaq yarımmüdafiəçinin 8-9 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest