UEFA 2018/19 mövsümünün ən yaxşı qoluna namizədləri müəyyənləşdirib. Matc.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
 
Geridə qalan mövsümün ən yaxşı qoluna 10 namizəd var. Bu 10 qol qitə futbol qurumunun xüsusi mütəxəssisləri tərəfindən seçilib. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində müəyyənləşəcək. Səsvermə avqustun 9-na qədər davam edəcək.
 
Mövsümün 10 ən yaxşı qolunun müəllifləri arasında Lionel Messi, Kristiano Ronaldo, Danilo, David Faupala, Enso Milyo, Nani, Pedro Rodriqez, İvan Rakitiç, İsmaila Sarr və Katerina Svitkova yer alıb.
 
Danilo (PORTUQALİYA - Serbiya 1:1)
Aç-nin seçmə mərhələsi, 2-ci tur, 25.03.2019
 
David Fopala ("APOLLON" - "Latsio" 2:0)
Avropa Liqası, qrup mərhələsi, 29.11.2018
 
Lionel Messi ("BARSELONA" - "Liverpul" 3:0)
çempionlar Liqası, yarımfinal, 01.05.2019
 
Enso Milyo (FRANSA - çexiya 6:1)
17 yaşlıların Avropa çempionatı, 1/4 final, 12.05.2019
 
Nani ("Qarabağ" - "SPORTİNQ" 1:6)
Avropa Liqası, qrup mərhələsi, 29.11.2018
 
Pedro Rodriqes ("çELSİ" - "Slaviya" 4:3)
Avropa Liqası, 1/4 final, 18.04.2019
 
İvan Rakitiç ("Tottenhem" - "BARSELONA" 2:4)
çempionlar Liqası, qrup mərhələsi, 03.10.2018
 
Kristiano Ronaldo ("YUVENTUS" – "Mançester Yunayted" 1:2)
çempionlar Liqası, qrup mərhələsi, 07.11.2018
 
İsmaila Sarr ("RENN" - "Yablonets" 2:1)
Avropa Liqası, qrup mərhələsi, 20.09.18
 
Qolları bu linkə keçid etməklə izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=3aBaZxuNaMI

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest