Ötən mövsümün sonunda "Zirə"dən ayrılan Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib. Bir müddət əvvəl "Keşlə" ilə anlaşan, hətta bu klubla müqavilə bağlamaq üçün Bakıya gələn millimizin 31 yaşlı sabiq hücumçusu son anda Almaniyaya qayıtmışdı.

ötən mövsümün sonunda "Zirə"dən ayrılan Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, bir müddət əvvəl "Keşlə" ilə anlaşan, hətta bu klubla müqavilə bağlamaq üçün Bakıya gələn millimizin 31 yaşlı sabiq hücumçusu son anda keçmiş klubu ilə danışıqları dayandıraraq Almaniyaya qayıtmışdı.

Pərdisin yeni mövsümdən Almaniyada oynayacağı artıq dəqiqləşib. Belə ki, o, Regional Liqa təmsilçisi "Viktoriya" (Berlin) ilə birillik müqavilə imzalayıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Pərdis 2012-ci ildə Azərbaycana gəlmişdi. O, 2016-cı ilə qədər "Sumqayıt"da çıxış edib, 2016-2018-ci illərdə "Keşlə"nin şərəfini qoruyub. Hücumçu Azərbaycan yığmasında da 6 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest