"Yuventus" ulduz futbolçusu Paulo Dibalanı bu yay satmağı planlaşdırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qoca sinyora" onunla bağlı gələn təklifləri dəyərləndirir.

Argentinalı hücumameyilli oyunçu hazırda ən çox "Tottenhem"in diqqət mərkəzindədi. Londonlular ilk təmasında qarşı tərəfə 50 milyon avro təklif etsə də, turinlilər "yox" cavabını verib. Premyer Liqa təmsilçisi növbəti təklifinə hazırlaşır.

"Yuventus" Dibaladan "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferində də yararlana bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest