Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Jena" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.
 
Münster klubu 2 turdan sonra 4 xalla 20 kollektiv arasında 4-cüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest