Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Krılya Sovetov"la üz-üzə gəlib. Əvvəlki iki turda məğlubiyyətlə üzləşmiş Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqay isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
"Ufa" 3 turdan sonra 3 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest