19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, final matçında İspaniya ilə Portuqaliya yığmaları qarşılaşıb. 
 
Oyun İspaniya millisinin 2:0 hesablı qələbəsi ilə bitib. Hər iki qolun müəllifi Ferran Torres olub.
 
Bu, ispanların U-19-ların Avropa çempionatlarındakı 11-ci belə uğurudu. Bu baxımdan İspaniya yığması 10 çempionluğu olan İngiltərəni qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest