Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Arsenal" da növbəti matçına çıxıb.
 
Tula təmsilçisi doğma meydanda "Rostov"la qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma "Neftçi"nin rəqibinin məğlubiyyəti ilə başa çatıb – 2:3. Tulalıların heyətində Yevgeni Lutsenko ilə Qoran çauşiç fərqlənib.
 
"Arsenal" 3 turdan sonra 4 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
 
"Neftçi" "Arsenal"a səfərdə 1:0 qalib gəlib. Cavab qarşılaşması avqustun 1-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest