"Sabah" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib. Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Türkiyənin "Kemerspor" klubu ilə qarşılaşıb

"Sabah" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Türkiyənin "Kemerspor" klubu ilə qarşılaşıb. 
 
üç qolun qeydə alındığı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
"Sabah" Türkiyədəki ilk yoxlama oyununda Rumıniyanın "Konkordiya" klubuna 1:2 hesabıyla məğlub olmuşdu.
 
Yoxlama oyunu
28 iyul
 
Sabah – Kemerspor 2:1
Qol: Diallo, 19. Eksteyn, 26.
 
Sabah: 32. Dmitri Bezruk, 4. Bəhlul Mustafazadə, 10. Cavid İmamverdiyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə, 23. Amadu Diallo, 27. Hendrik Eksteyn, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 99. Abbas Ağazadə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest