Futbol üzrə Latviya çempionatında 23-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Əli Şirinovun bir müddət əvvəl transfer olunduğu "Dauqavpils" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Ventspils"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Əli də bu matçın iştirakçısı olub. 57-ci dəqiqədə meydana buraxılan futbolçumuz bununla da Latviya çempionatında debüt etmiş olub.
 
"Dauqavpils" hazırda 21 xalla 9 komanda arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest