Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. "Kimyaçılar" yerli komanda ilə qarşılaşıb. Ayxan Abbasovun yetirmələri "Gənclərbirliyi" ilə üz-üzə gəlib.

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, "kimyaçılar" yerli komanda ilə qarşılaşıb.

Ayxan Abbasovun yetirmələri Superliqa təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Kızılcahamamda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib.

Bu, "Sumqayıt"ın Türkiyədə 4-cü yoxlama görüşü olub. Komanda buna qədər "Petrolul"la (Rumıniya - 2:2) bərabərə qalıb, "Ahal"a (Türkmənistan - 1:0) qalib gəlib, "Diyarbakırspor"a (Türkiyə - 0:1) uduzmuşdu.

 

Yoxlama görüşü
29 iyul

"Sumqayıt" - "Gənclərbirliyi" (Türkiyə) 1:1
Qol: Amil Yunanov, 46 - Zarqo Ture, 31.
Türkiyə. Kızılcahamam

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Peyman Babayi, 10. Əmir Ağayev, 11. Elgün Nəbiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 5. Adil Nağıyev, 7. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 25. Baxşəli Baxşəliyev, 27. İsmayıl Babayev, 28. Səbuhi Abdullazadə, 77. Cavidan Abbaszadə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest